Paşinyanın partiyası: “Bizi Bakı ilə ağır diplomatik proses gözləyir”


“Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gərgin diplomatik iş davam edir”.



AFN.az xəbər verir ki, bunu Ermənistan parlamentində ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan deyib.

Erməni deputat Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində görüşdən imtina edən Azərbaycanın mövqeyini tənqid edib.

Onun sözlərinə görə, “yerdə” qalan məsələlər tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir.

“Əlbəttə, maneələr var. Əks halda, saziş bu gün imzalana bilərdi”, - deyə Papoyan bildirib.

Öz növbəsində, hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan sazişin bu ilin sonuna qədər imzalana biləcəyini istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu