Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib
Karapapak Fight Club&Promotion və Musa Paşam Promotion-un birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.
Turnirə Karapapak Fight Club&Promotion-un prezidenti Aqil Acalovun Ulu öndərin idman siyasəti və müstəqil Azərbaycanın formalaşmasındakı rolundan bəhs edən açılış nitqi ilə start verilib.
Turnirdə ümumilikdə 6 peşəkar döyüş keçirilmişdir. Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları öz güclərini sınadığı turnirin yekun nəticələri aşağıdakı kimi olub:
76 kq çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov arasında döyüşdə Elvin Qənbərov texniki nokautla qələbə qazanıb;
76 kq çəki dərəcəsində Qazaxıstan boksçusu Yerbolat Zeinolla və Azərbaycan boksçusu İlham Hüseynli arasında döyüş Qazaxıstanlı Yerbolatın xal hesabı ilə qələbəsilə;
59,8 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Ramazan Babayev və Rauf Ağayev arasında döyüş heç-heçə ilə
nəticələnib;
66,7 kq çəki dərəcəsində Qazaxıstan təmsilçisi Dilşat Nurum və Azərbaycanlı boksçu Ağacan Dərgahov arasında döyüş Ağacan Dərgahovun 2-ci raundda döyüşü davam etməkdən imtina etməsi və Dilşatın qələbəsi ilə nəticələnib;
79 kq çəki dərəcəsində Azərbaycan idmançıları İsmət Eynullayev və Məhəmməd Quliyev arasında döyüş İsmətin xal hesabı ilə qələbəsi;
79 kq çəki dərəcəsində Rusiyanı təmsil edən Maqomed Rəsulov və Azərbaycanı təmsil edən Cabbar İsmayılov arasında döyüş - hakimlərin fərqli qərarı ilə Maqomedin xal hesabı qələbəsi ilə nəticələnib.