Məhkəmə Somali prezidentinin oğlu ilə bağlı qərar verdi
İstanbulun Fatih rayonunda motosiklet kuryerini vuraraq ölümünə səbəb olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud "ehtiyatsızlıqdan ölümə səbəb olmaq" ittihamı ilə 2 il 6 ay həbs cəzasına məhkum edilib.
Həbs cəzası 27 min 300 lirə pul cəzası ilə əvəzlənib. Onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.