Xəbəri manıs tayfası yayır, söyülən isə... - Aqil Ələsgər


Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev ölməsi ilə bağlı yayılan və daha sonra təkzib edilən məlumatlar tənqid edilib.


Onun ölümü haqqında məlumatı yayan sənət adamları olsa da, yenə də qınanılan tərəf jurnalistlər olub.

"Yeniçağ" Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgər jurnalistlərə qarşı bu cür rəftar göstərilməsini kəskin tənqid edib:

"Xəbəri yayan "manıs" tayfasıdır. Ancaq söyülən xəbəri onlara istinadən verən media nümayəndələridir. Üstəlik, bayaq təlxək Fərda Xudaverdiyev “Xəzər”in efirindən jurnalistlərə kinini qusurdu. Açıq şəkildə jurnalistlərə qarşı ən ağır ifadələri “incə sənət” adı altında efirdən ötürdü.

Verilişlərə aparıcını jurnalist deyil, göyçək olma kriteriyası ilə seçməyin fəsadıdır ki, öz evimizdə öz qapımız aşsüzənə dönüb...
Güclü, professional mətbuat istəyiriksə, öncəliklə jurnalistlərin şərəfini ayaqlar altından qaldırmalıyıq. Hər yerindən duran bizə ağıl öyrətməməli, heç olmasa, öz bağçamızdan özümüzə daş atılmamalıdır. Jurnalistlər də səhv edə bilər, ancaq ilk daşı günahsız olanınız atsın", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Türkiyədə müalicə olunan Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin ölümü haqqında məlumatlar yayılıb. Sənətçi açıqlamasında vəziyyətinin yaxşı olduğunu deyib. O, artıq əməliyyat olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu