Şolz Ursula fon der Leyenin NATO baş katibi vəzifəsinə namizədliyinə qarşı çıxıb


Almaniya kansleri Olaf Şolz Avropa Komissiyasının sədri Ursula fon der Leyenin NATO-nun baş katibi vəzifəsinə təyin edilməsinə qarşı çıxıb.


Bu barədə Almaniyanın "Welt am Sonntag" qəzeti məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Qəzet yazır ki, Almaniya Sosial Demokrat Partiyasının üzvü müxalif Xristian Demokrat İttifaqından olan siyasətçinin belə mühüm postu tutmasına icazə verə bilməzdi. Şolzun fon der Leyenin namizədliyini rədd etməsinin digər səbəbi kimi nəşrin həmsöhbəti Avropa Komissiyası rəhbərinin Rusiyaya qarşı həddindən artıq tənqidi münasibətini göstərib ki, bu da uzunmüddətli perspektivdə problemlər yarada bilər.

Beləliklə, namizədliyi Vaşinqton, London və Paris də daxil olmaqla NATO-nun digər üzvləri tərəfindən təsdiqlənən Niderlandın baş naziri vəzifəsini icra edən Mark Ruttenin bu vəzifəni tutmaq şansı artıb. Yalnız Macarıstan açıq şəkildə Rutteyə qarşı çıxıb.

Bundan əvvəl NATO-nun hazırkı baş katibi Yens Stoltenberq bildirib ki, o, bu vəzifədə səlahiyyətlərini genişləndirmək niyyətində deyil. O, 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi, lakin 2022-ci ilin martında bloka üzv olan ölkələrin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu