Mozambikdə 42 şir və 20 fili öldürən brakonyerə 30 il həbs cəzası verildi
Mozambikdə 42 şir, 20 fil və 4 kərgədanı öldürməkdə günahlandırılan brakonyer 30 il müddətinə azadlıqdan məhrum edilib.
Mozambik Milli Radiosunun xəbərinə görə, paytaxt Maputoda brakonyer Çabane Assuba ilə bağlı işə baxılıb.
42 şir, 20 fil və 4 kərgədan ovlamaqda günahlandırılan Assuba 30 il həbs cəzası alıb.
Assuba həmçinin çirkli pulların yuyulması və qadağan olunmuş heyvanların kəsilməsinə görə də cərimələnib.
Təhlükəsizlik qüvvələrinin 2022-ci ilin dekabrında Assubanın evində keçirdiyi əməliyyat zamanı çoxlu heyvan qalıqları ələ keçirilib.