İngiltərədə polis italyan kinorejissorunun cəsədini talamaqda ittiham olunur


İngiltərənin paytaxtı Londonda polis məmuruna qarşı 45 yaşlı italyan kinorejissor Klaudio Qaetaninin cəsədini qarət etdiyi iddiası ilə cinayət işi açılıb.


2022-ci ilin sentyabrında Londonda velosiped sürərkən ölümcül infarkt keçirən şəxs teatr festivalında iştirak etmək üçün İtaliyadan Londona gəlmişdi.

Qaetaninin ailəsi hava limanında dəyişdirdiyi 1700 funt-sterlinqdən çox pul və daşıdığı qiymətli şəxsi əşyalar üçün itirmə haqqında ərizə təqdim edib. Polis əməkdaşının hadisə yerində qeyd edilən pulu saydığı iddia edilir.

2022-ci ilin oktyabrında verilən şikayət Müstəqil Polis Davranışı İdarəsinə göndərilib. 2023-cü ilin iyununda bu işə qarışan iki zabitdən biri vəzifəsindən uzaqlaşdırılıb.

Qaetaninin adı açıqlanmayan yaxın dostu problemin pulda olmadığını deyib: "Klaudio çox varlı ailədəndir. Biz hələ də bu şikayəti pula görə yox, forma geyinmiş insanların bir növ təhlükəsizlik təmin etməli olduğu üçün edirik. Hesab edirəm ki, edilənlər həqiqətən hörmətsizlik idi. Çox təəssüf edirəm”.

Kral Prokurorluğunun tezliklə məsələ ilə bağlı qərar verəcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu