"Camorra" mafiyasının keçmiş lideri polislə əməkdaşlıq etmək qərarına gəlib


"Camorra" klanının keçmiş lideri Françesco Sçiavone Parma şəhərindəki yüksək rejimli həbsxanada 26 il cəza çəkdikdən sonra məhkəmə sistemi ilə əməkdaşlıq etmək qərarına gəlib.



Əməkdaşlıq nəticəsində ömürlük həbs cəzasına məhkum edilmiş cinayətkar Abruzzodakı L'Aquila həbsxanasından daha yüngül həbsxanaya köçürülmə haqqı əldə edib.

Qeyd edək ki, 70 yaşlı Françesco Sçiavone 11 iyul 1998-ci ildə Neapolitan klanının qorxunc qalası olan Casal di Principe-də ələ keçənə qədər Casalesi bandasına uzun illər rəhbərlik edib. "Camorra"ya qarşı elan edilmiş "Spartak" işində baş müttəhim olan Sçavione 1994-cü ildə mafiya əleyhinə çıxan keşiş Cüzeppe Diananın öldürülməsinə və o cümlədən altı cinayətə görə 2010-cu ildə ömürlük həbs cəzasına məhkum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu