ABŞ-da Google-dan YouTube istifadəçi məlumatlarını açıqlamağı tələb ediblər


ABŞ-da Google-dan YouTube-da müəyyən videolara baxan bütün istifadəçilərin məlumatlarını təqdim etmələri istənilib.



Bu barədə Forbes öz mənbələrinə istinadən xəbər verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kentukki və Nyu-Hempşir ştatlarında platformanın istifadəçilərini müəyyən etməyə cəhd ediblər. Xüsusilə gizli agentlər çirkli pulların yuyulmasında şübhəli bilinən şəxsin kimliyini açıqlanmasını istəyiblər. Bundan sonra Google-dan 2023-cü il yanvarın 1-dən 8-dək bu videolara baxanların şəxsi məlumatlarını açıqlaması tələb olunub.

Nəşrin yazdığı kimi, bu, təxminən 30 min baxış olub. Şirkətin hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu məlumatı verib-vermədiyi barədə məlumat verilmir.

Bir sıra insan haqları təşkilatlarının məxfilik üzrə ekspertləri bu cür hərəkətləri konstitusiyaya zidd adlandırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu