"Qanun" nəşriyyatı nağıl müsabiqəsi elan edib


"Qanun" Nəşrlər Evi nağıl müsabiqəsi elan edib.


AFN.az xəbər verir ki, müsabiqəyə Azərbaycan dilində, bu vaxta qədər heç yerdə çap olunmayan və 7 min işarədən (arasız) artıq olmamaq şərti ilə nağıllar qəbul edilir.
Mövzu ilə bağlı tələblər:
Nağılların məzmunu uşaqları maraqlandıran məsələlərə, onların dünya görüşünə, tərbiyəsinə, həyat-tərzinə, keçdikləri dərslərinin mövzularına uyğun gəlməli, onlarda yaxşı və pis vərdişlər arasında seçim etmək imkanı yaratmalı, cəsurluq, elmə maraq, dostlluq münasibətləri, vətənpərvərlik, məntiqlə davranmaq kimi hisslər aşılamalıdır. Mətnlər mütləq nağıl janrına uyğun gəlməli, xalq yaradıcılığında olduğu kimi özündə sərbəst fantaziyanı əks etdirməlidir.
Müsabiqədə qalib gələn nağıllar aşağıdakı şəkildə mükafatlandırılacaq:
Birinci yer 300 manat + 200 manatlıq kitab kuponu;
İkinci yer 200 manat + 100 manatlıq kitab kuponu;
Üçüncü yer 100 manat + 50 manatlıq kitab kuponu.
Hərəsi 50 manatlıq kitab kuponu olmaqla 5 həvəsləndirici mükafat.
Müsabiqəyə mətnlər 15 aprel 2024-cü ildən 15 iyul 2024-cü ilə qədər qəbul edilir.
Mətnlər Times New Roman 12 şrifti ilə yazılıb nəşriyyatın aşağıdakı elektron ünvanına göndərilməlidir: nagilmusabiqesi@gmail.com
Nəşriyyatla əlaqə: 012 431 16 62
055 444 04 40 (layihə əlaqələndiricisi)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu