Ağdamda detonator partlayıb, xəsarət alan var, araşdırma aparılır


Şəxsin partlayış nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.



Ağdam rayon prokurorluğundan verilən məlumata görə, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu