Vatikan polisi Amerikanın ən çox axtarılan qaçaqlarından birini ələ keçirib


İtaliya polisi Amerikanın ən çox axtarılan qaçaqlarından birini Romanın ən məşhur turizm bölgələrindən birində yaxalayıb.


"Reuters"in məlumatına görə, 54 yaşlı Moises Tejada aprelin 10-da hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini çəkdikdən sonra Vatikanın yaxınlığındakı Müqəddəs Pyotr meydanında saxlanılıb.

Həmin gün Papa Fransisk çoxlu turist və zəvvarların iştirak etdiyi ümumi auditoriya təşkil edib. Tejadanı polis kim olduğunu bilmədən, lakin “intuisiyasına əsaslanaraq” saxlayıb.

ABŞ-da Tejada əvvəllər özünü daşınmaz əmlak agentinin potensial müştərisi kimi təqdim etdikdən sonra silahlı soyğunçuluqda ittiham olunub. Əmlakın yoxlanılması zamanı o, rieltorun qollarını dirəyə qandallayıb və şəxsi əmlakını, o cümlədən avtomobilini oğurlayıb. O, həmçinin Bruklindəki başqa bir eyni motivli cinayətdə əlbir olub.

Müstəntiqlər onun bu yaxınlarda Moldovadan Romaya gəldiyini, ondan əvvəl isə Ukraynada yaşadığını müəyyən ediblər. Tejada onlara 2022-ci ildən Ukraynada olduğunu, Rusiya işğalına qarşı döyüşdüyünü söyləyib. Onun İtaliyaya 10 gün əvvəl gəldiyi bildirilir.

"Tejada 2022-ci ilin martında Sullivan İslah Mərkəzindən şərti olaraq azad edilib" - deyə Nyu York İslah Departamentinin açıqlamasında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu