Yaponiya donanmasının iki helikopteri Sakit okeana düşüb


Yaponiya Hərbi Dəniz Qüvvələrinə məxsus 8 şəxsi daşıyan iki helikopter gecə təlim uçuşu zamanı Sakit Okeana düşüb.



Yaponiya Müdafiə naziri Kihara Minoru gecə uçuş təlimi zamanı Sakit okeana düşən 2 donanma helikopteri ilə bağlı mətbuata açıqlama verib.

Kihara paytaxt Tokionun cənubundakı Torishima adasının sahillərində hər biri 4 nəfərlik SH-60K model helikopterlərlə əlaqənin kəsildiyini söyləyib.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu