Mütəxəssis "Apple"a dərhal ucuz "iPhone" yaratmağı tövsiyə edir


"Bloomberg"in köşə yazarı Mark Qurman "Apple"ı ucuz smartfon yaratmağa çağırıb.


Bu barədə jurnalist agentliyin saytındakı "Power On" bülletenində yazıb.

Qurmanın sözlərinə görə, şirkət smartfon bazarında uğursuzluğa düçar olur: məsələn, "IDC iPhone" satışlarının 10 faiz azalacağı proqnozlaşdırılır. Mütəxəssis qeyd edib ki, korporasiya dərhal ucuz smartfon istehsalına başlamalı və bununla da satışları artırmalıdır.

Analitik vurğulayıb ki, hətta sonuncu seriyası 2022-ci ildə buraxılan şərti olaraq sərfəli "iPhone SE" çox bahadır - ən azı 429 dollar. Mark Qurman korporasiyaya 250 dollardan aşağı qiymətə telefon buraxmağı və onu inkişaf etməkdə olan bazarlarda satışa çıxarmağı tövsiyə edib.

Bununla belə, Qurman hesab edir ki, "Apple" belə bir cihazı yalnız son çarə kimi buraxacaq. Qurman şirkətin qurucusu Stiv Cobsdan sitat gətirərək, "Apple"ın hələ də bu fəlsəfəyə sadiq qaldığını qeyd edib: "Biz kəsilmiş, bərbad məhsullar təklif etmirik". "Dünyada Apple məhsullarından istifadə etməyən milyardlarla insan var və daha sərfəli seçim olmadan vəziyyət dəyişməyə bilər" - deyə mütəxəssis yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu