Aİ Ukraynaya kömək məqsədilə hərbi iqtisadiyyata qismən keçidi qəbul edib


Avropa İttifaqı cəbhədəki pis vəziyyətə görə Ukraynanın çətinliklərinə cavab verməyə məcburdur, Aİ Kiyevə yardımı davam etdirmək üçün artıq qismən müharibə iqtisadiyyatına keçib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib.

“Ukrayna üçün təhlükəli dövr başlayır və biz bunu başa düşürük. Hazırda bizim özümüz seçkilər keçiririk və tezliklə ABŞ-da seçkilər başlayacaq. Təbii ki, bu, Rusiyaya irəliləmək üçün bir fürsətdir. Bu səbəbdən biz Avropada silah və sursat baxımından subsidiyalarımızı çox əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldik”, - deyə Avropa rəsmisi bildirib.

Breton həmçinin qeyd edib ki, hazırda Aİ hərbi sənayesinin əsas məqsədi Ukraynaya mümkün qədər tez tədarük etmək üçün Aİ-də iki milyon mərmi, o cümlədən böyük 155 kalibrli mərmi istehsal etməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu