"Deutsche Bank"ın və "UniCredit"in Rusiyadakı aktivlərinə həbs qoyuldu


St. Sankt-Peterburq Arbitraj Məhkəməsi Almaniyada yerləşən "Deutsche Bank"ın Rusiyadakı 238,6 milyon avro dəyərində olan qiymətli kağızlarına, əmlakına və bank hesablarına həbs qoyulmasına qərar verib.



Bank Almaniyanın "Linde" şirkəti ilə Rusiyada qaz emalı zavodunun tikintisinə dair imzalanmış müqaviləyə əsasən kreditor olub. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq edilən sanksiyalara görə müqaviləyə xitam verilib.

Reuters xəbər agentliyinin məlumatına görə, 50 faiz hissə payı Rusiyanın enerji şirkəti "Qazprom"a məxsus olan Sankt-Peterburqda yerləşən "RusChemAlliance" birgə törəmə şirkəti "Deutsche Bank"a qarşı iddia qaldırıb. Sözügedən layihənin icraçısı da Qazprom olub. Sankt-Peterburq Arbitraj Məhkəməsi bankın Rusiyadakı 238,6 milyon avro dəyərində olan qiymətli kağızlarına, əmlakına və bank hesablarına həbs qoyulmasına qərar verib. Bildirilib ki, həbs qərarı "Deutsche Bank"ın törəmə şirkəti və "Deutsche Bank Texnologiya Mərkəzi"nə də şamil edilib.

Digər yandan mayın 17-də Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi də "Qazprom"un "RusChemAlliance" şirkətinin "UniCredit"ə qarşı qaldırdığı iddiaya baxıb. Arbitraj Məhkəməsi İtaliyada yerləşən "UniCredit" bankına məxsus 463 milyon avro dəyərində aktivlərə müvəqqəti qadağa qoyub. Məhkəmə qərarına əsasən, sözügedən aktiv qiymətli kağızlar, daşınmaz əmlak və bankın hesablarındakı vəsaitlərdən ibarətdir.

Qeyd edək ki, "RusChemAlliance" əvvəllər "Commerzbank"a qarşı da iddia qaldırıb.

"UniCredit" Almaniyanın "Linde" şirkəti ilə birlikdə Rusiyada qurulacaq təbii qaz emalı obyektinin tikintisi ilə bağlı sanksiyalara görə ləğv edilən müqavilənin təminatçıları arasında idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu