Banqladeşdə daşqınlar nəticəsində 10 min ailə qapalı qalıb


Banqladeşin Silhet şəhərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 min ailə evlərində qapalı qalıb.



“Dhaka Tribune” xəbər verir ki, leysan yağışlar nəticəsində Silhet şəhərindən keçən Surma çayının su səviyyəsi təhlükəli həddə çatdığından və şəhərdəki kanallar su altında qaldığından, alçaq ərazilərdə daşqınlar baş verib.

Şəhərin 28 rayonu su altında qalarkən, 10 min ailə evlərində qapalı qalıb.

Silhetin ən böyük xəstəxanası MAG Osmani Tibb Kolleci Xəstəxanası su altında qaldığından səhiyyə xidmətləri dayandırılıb.

Şəhər Administrasiyası seldən zərər çəkənlər üçün şəhərdə çoxlu sığınacaqların hazırlandığını və zərərçəkənlərə quru qida və təmiz suyun çatdırıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu