Rafael Nadal Uimbldonda iştirak etməyəcək


İspaniyalı tennisçi Rafael Nadal mövsümün 3-cü böyük dəbilqə turniri olan Uimbldonda iştirak etməyəcəyini açıqlayıb.



Karyerasında 22 böyük dəbilqə çempionluğu olan 38 yaşlı Nadal sosial media hesabındakı paylaşımında 2024-cü il Paris Olimpiadasında mübarizə aparacağını və hazırlığını gil üzərində davam etdirməyin onun performansı üçün daha yaxşı olacağını bildirib.

İspan tennisçi bu səbəbdən Uimbldonda oynaya bilməyəcəyini deyib: "Bu il o möhtəşəm tədbirin gözəl ab-havasını yaşaya və mənə həmişə böyük dəstək olan bütün britaniyalı fanatlarımın yanında ola bilməyəcəyimə görə çox təəssüflənirəm”.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu