Husilər: İsrail, ABŞ və İngiltərəyə aid 153 gəmini hədəf aldıq


Yəməndə İranın dəstəklədiyi husilər 2023-cü ilin noyabrından bu yana İsrail, ABŞ və İngiltərə ilə əlaqəli 153 gəmini hədəfə aldıqlarını açıqlayıb.


Husilərin lideri Əbdülməlik əl-Husi husilərə bağlı “Əl-Mesira” televiziyasına verdiyi açıqlamada Qurban bayramında Qəzza zolağına dəstək olmaq üçün gəmilərə hücumlarını davam etdirdiklərini bildirib.

Husilərin son bir həftədə 10 "əməliyyat"da 26 ballistik raketlə 8 gəmini hədəf aldığını qeyd edən əl-Husi, 2023-cü ilin noyabr ayından bu yana İsrail, ABŞ və İngiltərəyə bağlı 153 gəmini hədəf aldıqlarını bildirib.

ABŞ və İngiltərənin Yəmənə endirdiyi hava hücumları ilə bağlı əl-Husi bu ölkələrin son bir həftədə Yəmənin müxtəlif bölgələrinə 24 hava hücumu həyata keçirdiklərini, ABŞ və İngiltərənin hücumlarının husilərə təsir etmədiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu