"Queen" bütün albom hüquqlarını 1 milyard funta satdı


Musiqi dünyasında yeni rekord satış baş verib.



Belə ki, əfsanəvi rok qrupu "Queen" "Sony Music" ilə anlaşaraq bütün albom hüquqlarını rekord qiymətə 1 milyard funta satıb.

Brus Spriqstin, Bob Dilan, Nil Yanq və Justin Biber kimi məşhur adların albom hüquqları daha əvvəl diqqətəlayiq məbləğlərə satıldıqdan sonra "Queen" üçün növbəti satış baş tutub.

The Sun-un məlumatına görə, sağ qalan qrup üzvləri və Fredi Merkurinin mirası "Sony Music" ilə satış barədə razılığa gəliblər.

Bu satışla "Sony" indi qrupun bütün hit mahnılarına, o cümlədən "Bohemian Rhapsody", "Don't Stop Me Now" və "I Want To Break Free" mahnılarına sahib olub.

Billboard tərəfindən açıqlanan rəqəmlərə görə, !Queen"in ABŞ-da albom istehlakı 1991-2017-ci illər arasında 25,9 milyon idi və "Bohemian Rhapsody" filminin nümayişindən sonra yalnız 2019-cu ildə 3,58 milyona yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu