Cənubi Koreyada fabrikdə baş verən yanğına görə 3 nəfər saxlanılıb


Cənubi Koreyanın paytaxtı Seulun cənubunda litium akkumulyator fabrikində baş verən və 23 nəfərin həyatını itirdiyi yanğınla əlaqədar əməyin mühafizəsi qanununu pozduğu iddiası ilə fabrikin 3 əməkdaşı saxlanılıb.



“Yonhap” xəbər verir ki, Cənubi Koreyanın Əmək Nazirliyi litium fabrikində baş verən yanğının araşdırması ilə bağlı açıqlama verib.

Hadisənin baş verdiyi “Aricell” adlı litium akkumulyator istehsalı zavodunun fəaliyyətinin dayandırılması barədə göstəriş verildiyi bildirilib.

Açıqlamada şirkətdən 3 məsul şəxsin Əməyin Mühafizəsi və Sağlamlığı Qanununu və Ağır Bədbəxt hadisələrin Cəzalandırma Qanununu pozduqları iddiası ilə saxlanıldığı, sürətli və hərtərəfli araşdırma aparıldığı və qanun pozuntusu təsdiqini tapdığı halda bu şəxslərin cəzalandırıla biləcəyi qeyd edilib.

Həmçinin qeyd olunub ki, ölkə üzrə 500-ə yaxın akkumulyator istehsal edən müəssisədə analoji qəzaların qarşısının alınması üçün təcili təhlükəsizlik yoxlamalarının aparılması tələb olunub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu