Bu il BDU-nu 5000-dən çox tələbə bitirəcək


2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5000-dən çox tələbə bitirir.


AFN.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.
Hazırda BDU-da 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 258 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu