Ukraynanın NATO-ya üzvlüyü dönməz olmalıdır


NATO sammitinin yekun kommünikesində Ukraynanın alyansa qoşulması prosesi ilə bağlı dönməz vədlər yer almalıdır. Bu, ukraynalıların psixologiyasını qorumaq üçün vacibdir.


AFN.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel bildirib. "Sammitin nəticələrinə Rusiyanın hazırda əsas təhlükəsizlik problemi olması və lazım olduğu müddətdə Ukraynaya dəstək verilməli olduğu göstərilməlidir" - deyə siyasətçi əlavə edib.

Petro Pavelin sözlərinə görə, bu, Ukrayna vətəndaşlarının və Ukrayna silahlı qüvvələrinin yüksək əhval-ruhiyyəsini qorumaq üçün lazımdır.

Hərbi bloka daxil olan ölkələr iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitin yekun bəyannaməsinin mətni üzərində razılığa gəliblər. Yekun sənəddə NATO-nun Ukraynanı “tam Avro-Atlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük yolunda” dəstəkləməyə davam edəcəyinə söz verəcəyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu