Somalidə həbsxanada baş verən münaqişədə 8 nəfər ölüb


Somalidə həbsxanada baş verən qarşıdurmada 3 əsgər və 5 məhbus həyatını itirib.



Somalidə həbsxanada qaçmağa cəhd səbəbilə münaqişə baş verib. Qarşıdurmada 3-ü əsgər, 5-i məhbus olmaqla 8 nəfər həyatını itirib.

Somali ordusu adından mətbuata açıqlama verən polkovnik Abdikani Xələf bəzi məhbusların paytaxt Moqadişoda həbsxanadan qaçmağa cəhd etdiyi barədə məlumatı paylaşıb.

Xələf bəzi məhbusların uğursuz qaçmaq cəhdində mühafizəçilərə silah və qumbaraatanlarla hücum etdiyini bildirib.

Qarşıdurmada 3-ü əsgər, 5-i məhbus olmaqla 8 nəfərin öldüyünü açıqlayan Xələf, qaçış cəhdində 21 nəfərin yaralandığını bildirib.

Qaçan məhbusların Əş-Şəbab üzvləri olduğu təxmin edilib və silahların həbsxanaya hansı yolla keçirildiyi ilə bağlı araşdırma başladılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu