ABŞ məhkəməsi gənclərə silah gəzdirmə qadağasını konstitusiyaya zidd hesab edir


ABŞ-da məhkəmə Minnesota ştatında 18-20 yaşlı gənclərin ictimai yerlərdə silah gəzdirməsinə mane olan qanunların konstitusiyaya zidd olduğuna qərar verib.


ABŞ-ın 8-ci Dairə Apellyasiya Məhkəməsinin Minnesota ştatında silah saxlama və gəzdirmə qanunları ilə bağlı qərarı açıqlanıb.

Qərarda Minnesotanın 18-20 yaşlı gənclərin ictimai yerlərdə silah gəzdirməsinə mane olan silah saxlama qanunlarının "silah saxlamaq və gəzdirmək hüququ ilə bağlı konstitusiya maddəsinə uyğun olmadığı" ifadə edilib.

Dövlət rəsmiləri konstitusiyaya edilən ikinci dəyişiklikdə silah hüququnun 18-20 yaşlıları əhatə etmədiyini və dövlətlərin “təhlükəli və məsuliyyətsiz qrupların silahlandırılmasını tənzimləmək səlahiyyətinə malik olduğunu” müdafiə ediblər.

Apellyasiya məhkəməsi ikinci dəyişiklikdə yaş məhdudiyyətinin olmadığını bildirib və qeyd edib ki, bu yaş qrupunda olan insanların hüquqları qorunmalıdır.

ABŞ-da daim gündəmi zəbt edən məsələlərdən biri olan fərdi silahlanma məsələsi ölkə konstitusiyasına edilən ikinci düzəlişə əsaslanır.

“Silah hüququ” kimi tanınan qanunda deyilir ki, azad dövlətin təhlükəsizliyi üçün nizami milis lazım olduğu üçün xalqın silah saxlamaq və gəzdirmək hüququ pozulmamalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu