Aslan ulduzları ilə güldü: 2-1
Yeni mövsümün hazırlıqlarında İtaliyanın “Lecce” komandası ilə qarşılaşan “Qalatasaray” ilk hissədə iki qolla qalib gəlib.
"Qalatasaray" yeni mövsüm hazırlıqları çərçivəsində dördüncü oyununda İtaliya təmsilçisi "Leççe" ilə qarşılaşıb. Avstriyada "Raiffeisen Arenada" oynanan qarşılaşmada sarı-qırmızılılar ilk yarıda vurduqları qollarla 2-1 qalib gəlib.
9-cu dəqiqədə göstərdiyi təzyiqə görə mükafat alan Ziyeç rəqibdən qopardığı topla qapıçı ilə qarşılaşıb və topu tora göndərib. Qarşılaşmada üstünlüyünü davam etdirən "Qalatasaray" 40-cı dəqiqədə cərimə meydançasına driblinq edən Zahanın zərbəsi ilə fərqi ikiyə çatdırıb.
İkinci hissədə də yaxşı oyununu davam etdirən sarı-qırmızılar bu müddətdə hesabı artıra bilməyib. "Leççe"nin yeganə qolunu 85-ci dəqiqədə Qaspar vurub.
Mənbə: Haber Global