Elias Jelert "Qalatasaray"la ilk məşqinə çıxıb


"Qalatasaray"ın "Kopenhagen"dən heyətinə qatdığı danimarkalı müdafiəçi Elias Jelert sarı-qırmızılı komanda ilə ilk məşqinə çıxıb.



"Qalatasaray" yeni mövsüm hazırlıqlarını Avstriyanın İrdninq bölgəsində davam etdirir. Yeni transfer Elias Jelert də komanda ilə ilk məşqinə çıxıb.

Dinamik isinmə hərəkəti ilə başlayan məşq üç qrupda 8-2 ötürmə məşqi ilə davam edib. Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq iki qrupda topa sahiblik məşqindən sonra çarpaz və atış məşqi ilə yekunlaşıb.

Qalatasaray bu gün axşam saatlarında məşqlə hazırlıqlarını davam etdirəcək.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu