İran və Tacikistan viza rejiminin ləğvilə bağlı razılığa gəlib


İran və Tacikistan iki ölkə arasında səyahət üçün viza rejimini ləğv etmək barədə razılığa gəliblər.


İran Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru Əlirza Mahmudi “Tasnim” agentliyinə bildirib ki, İran və Tacikistan hökumətləri avqustun 10-dan öz vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün qarşılıqlı vizasız proqramlar tətbiq etmək niyyətindədirlər.

Əlireza Mahmudi deyib ki, İran və Tacikistanın adi pasportu olan şəxslər digər ölkəyə 30 gün müddətinə vizasız gedə bilərlər. O əlavə edib ki, vizasız rejim yalnız Tehran və Düşənbə arasında uçuşlar həyata keçirən sərnişinlərə şamil edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu