Bolqarıstanda məktəblərdə LGBT təbliğatı qadağan edilib


Bolqarıstan parlamenti məktəblərdə LGBT təbliğatını qadağan edən qanun qəbul edib.



Parlamentdə Vazrajdane Partiyasının təhsil qanununa təklif etdiyi dəyişiklik müzakirə edilib.

Səsvermədə qanuna dəyişiklik təklifi 8 əleyhinə 154 səslə qəbul edilib.

9 deputat səsvermədə bitərəf qalıb.

Qanun dəyişikliyi ilə məktəblərdə LGBT təbliğatı və qeyri-bioloji cinsi oriyentasiya mövzusu qadağan edilib.

Qəbul edilmiş mətndə “gender kimliyinin müxtəlif tərifləri ilə bağlı fikir və baxışların birbaşa və ya dolayı yolla hər hansı bir şəkildə təbliği, təşviqi və ya təhrik edilməsi qadağandır” ifadələri qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu