Dövlət Departamenti ABŞ-ın Kurska hücum planında iştirakı haqda iddiaları rədd edib


ABŞ Dövlət Departamenti Ağ Ev administrasiyasının Ukrayna Silahlı Qüvvələrinin (AFU) Kursk bölgəsinə hücumunun planlaşdırılması və hazırlanmasında iştirak etməsi ilə bağlı deyilənləri rədd edib.


“Mən sadəcə olaraq demək istəyirəm ki, biz bu əməliyyatın heç bir aspektində, planlaşdırmasında və ya hazırlanmasında iştirak etməmişik. Ukrayna hərbçilərinə icazə verəcəyəm öz əməliyyatları haqqında danışsınlar, lakin bizim rolumuz və diqqətimizi yönəltdiyimiz şey Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə dəstək olmaqdır”, - deyə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin direktor müavini Vedant Patel keçirdiyi brifinqdə bildirib.

Rusiya tərəfi iddia edir ki, Ukraynanın Kursk yaxınlığında əməliyyatının inkişafına amerikalı generallar rəhbərlik edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu