Baydendən atəşkəs şərhi: Həmişəkindən daha yaxınıq


ABŞ prezidenti Co Bayden Qəzzada mümkün atəşkəs razılaşmasına hər zamankindən daha yaxın olduqlarını deyib.



ABŞ prezidenti Bayden Ağ Evdə keçirilən tədbirdən əvvəl Qəzzada atəşkəs prosesi ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Zala girən Bayden Yaxın Şərqdə atəşkəs səylərini yaxından izlədiyini və bu səbəbdən görüşə gecikdiyini bildirib.

Dohada atəşkəs danışıqlarının gələn həftə davam edəcəyinə ümid etdiyini bildirən Bayden, Qəzzada atəşkəsə 3 gün əvvəlkindən daha çox yaxın olduqalarını vurğulayıb.

Qeyd edək ki, ABŞ, Misir və Qətər Dohada aparılan atəşkəs danışıqları ilə bağlı birgə bəyanat verərək, danışıqların gələn həftə Qahirədə davam etdirilməsinə qərar verildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu