İsveçrə göllərdən döyüş sursatlarının çıxarılmasına görə mükafat təklif edir


İsveçrədə ordunun illərdir göllərə atdığı tonlarla köhnə sursatın necə geri alınması məsələsi milli müsabiqəyə çıxarılıb. Müdafiə Nazirliyi üç ən yaxşı ideyanın sahiblərinə 50 min frank mükafat verəcək.



İsveçrə hərbçiləri göllərdən köhnə sursatları üçün zibilxana kimi istifadə edirdilər və bunun təhlükəsiz bir zərərsizləşdirmə üsulu olduğuna inanıblar.

Təkcə Luzen gölündə təxminən 3300 ton sursat var. Nouçateldə isə İsveçrə Hərbi Hava Qüvvələrinin 2021-ci ilə qədər bombalama təlimləri üçün istifadə etdiyi 4500 ton sursat olduğu təxmin edilir.

Bəziləri suyun 150-220 metr dərinliyində, Nouçatel gölündəkilər isə səthin cəmi altı və ya yeddi metr altındadır.

Bu tullantıların aradan qaldırılması üçün hərəkətə keçən İsveçrə Müdafiə Nazirliyi müsabiqə təşkil edib və ən yaxşı ideyaya 50 min frank (təxminən 58 min dollar) mükafat verəcək.

Sursatların təmizlənməsi, təhlükəsiz və ekoloji cəhətdən təmiz həlli üçün üç ən yaxşı ideya mükafatı bölüşəcək, lakin onun istismarının milyardlarla dollara başa gələcəyi gözlənilir.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu