Vakari vulkanı aktivləşdi: Uçuşlar ləğv edildi


Yeni Zelandiyanın şimalındakı Uayt adasında yerləşən Vakari vulkanının aktivləşməsi hava nəqliyyatında problemlərə səbəb olub.



Milli mətbuatda yer alan xəbərlərə görə, ölkənin şimalındakı Plenti körfəzi yaxınlığında yerləşən Uayt adasında vulkanın püskürtdüyü küllər təxminən 1,2 kilometr yüksəkliyə çatıb.

Milli hava yolu şirkəti "Air New Zealand" tərəfindən verilən açıqlamada partlayışdan sonra Tauranqa və Rotorua hava limanlarından edilməsi planlaşdırılan ən azı 10 uçuşun ləğv olunduğu, 3 reysin təxirə salındığı bildirilib.

Ölkənin Yer Elmləri Tədqiqat İnstitutu olan GNS Science-dan verilən açıqlamada keçən həftə Vakaridə yeni bir ocağın aşkar edildiyi və vulkanik küldə artım olduğu ifadə edilib.

Qeyd edək ki, məşhur turizm məkanı olan adada yerləşən Vakari vulkanı 2019-cu ilin dekabrında püskürüb. Partlayış nəticəsində 22 turist ölüb, 25 nəfər isə ağır yaralanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu