Banqladeşdə daşqınlar nəticəsində köməksiz vəziyyətdə qalanların sayı 3 milyona çatıb


Banqladeşin cənub-şərqində leysan yağışlar və daşqınlar nəticəsində 3 milyon insan köməksiz vəziyyətdə qalıb.



“The Daily Star” qəzetinin məlumatına görə, dünəndən etibarən 8 bölgədə təsirli olan leysan ölkədə vəziyyəti daha da pisləşdirib.

Üç milyon insan daşqınlar səbəbiylə köməksiz vəziyyətdə qalarkən, bir hamilə qadını sel suları apararaq həyatını itirdiyi açıqlanıb.

Feni və Noakhali daşqından ən çox zərər çəkən bölgələr kimi qeyd edilərkən, bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi də qeydə alınıb.

Yerli sakinlər belə güclü yağışın 1988-ci ildən bəri müşahidə edilmədiyini və son 37 ilin ən böyük daşqın fəlakətinin baş verdiyini bildiriblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu