Çin Xalq Bankı siyasət faizini sabit saxlayıb


Çin Xalq Bankı (PBoC) iyul ayında 20 bəndlik endirimdən sonra siyasət faizini bu ay sabit saxlayıb.



PBoC tərəfindən verilən şərhdə, siyasət faizi funksiyasını yerinə yetirən 1 illik borc faizinin 2,3 faiz səviyyəsində sabit qalacağı ifadə edilib.

Bank Orta Müddətli Kredit Mexanizmi (MLF) vasitəsilə bazara 2,3 faizlə 300 milyard yuan (42,2 milyard dollar) nağd pul köçürüb. Bununla belə, əvvəllər verilmiş 401 milyard yuan (56,3 milyard dollar) kreditin müddəti avqustun 15-də başa çatdığından, bank sistemindən 101 milyard yuan (14,1 milyard dollar) xalis nağd pul axını olub.

PBoC iyul ayında siyasət faizini 2,5 faizdən 2,3 faizə endirib.

Analitiklər PBoC-nin ehtiyatlı pul siyasətinin kredit həcminin azalmasına baxmayaraq, dövlət istiqrazlarına həddindən artıq tələbatın qarşısını almağa davam etdiyi qiymətləndirməsini edib.

MLF Çin banklarına daşınar aktivləri müqabilində Mərkəzi Bankdan orta müddətli kreditlər almağa imkan verir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu