Çin ABŞ-ı Ukrayna üzrə birgə əməkdaşlığa çağırıb


Çin ABŞ-ı Ukrayna böhranına son qoymaq üçün əməkdaşlığa çağırır.


AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuanq deyib.

“Əgər onlar həqiqətən də müharibəni bitirmək istəyirlərsə, öz öhdəliklərindən boyun qaçırıb qarşıdurma vəziyyəti yaratmaq əvəzinə, müvafiq ölkələrlə, o cümlədən Çinlə birlikdə səy göstərməlidirlər”, - deyə diplomat bildirib.

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Pekinə səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və Çin Ukraynadakı münaqişənin həlli yollarının müzakirəsində irəliləyişə nail ola bilməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu