ABŞ Simonyana qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyana sanksiya tətbiq edib.
AFN.az xəbər verir ki, qərar həmçinin onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı alınıb. Bu barədə ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada bildirilir.
Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyashko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya düşüb.