ABŞ Kadırovun anasına və "Artek" düşərgəsinə qarşı sanksiyalar tətbiq edib


ABŞ Rusiya Federasiyasının 11 vətəndaşına, həmçinin "Artek" düşərgəsinə qarşı sanksiya tətbiq edib.


Bu barədə "RİA Novosti" məlumat verib.

ABŞ Maliyyə Nazirliyi sanksiyalara məruz qalan həmvətənlər arasında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovanın da olduğunu açıqlayıb. Qeyd edilir ki, o, sanksiya siyahısına "Axmat Kadırov Fondu ilə əlaqələri" səbəbindən daxil edilib.

Kaluqa, Rostov və Belqorod vilayətlərinin uşaq hüquqları üzrə müvəkkilləri İrina Ageeva, İrina Çerkasova və Qalina Pyatıx da sanksiyalara məruz qalıb. Bundan əlavə, ABŞ "Artek" Mərkəzinin direktoru Konstantin Fedorenko və Zaporojye vilayətinin təhsil və elm naziri Yelena Şapurovaya məhdudiyyətlər qoyub.

Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyalar elan edib. O, məcburi köçkünlərə və deportasiyalara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək və ukraynalı uşaqların ailələrinə qaytarılmasını tələb etmək fikrində olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu