Vyetnamda "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 65-ə yüksəlib
Vyetnamın şimalını təsir altına alan "Yagi" qasırğasının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 65-ə yüksəlib.
VN Express xəbər saytının məlumatına görə, Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyindən Vyetnamı təsir altına alan "Yagi" tayfunu ilə bağlı son məlumatlar açıqlanıb.
Açıqlamada təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 65-ə yüksəldiyi, itkin düşən 40 nəfərin axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Açıqlamaya görə, şimalda bir çox çaylar daşqın səviyyəsinə yaxınlaşır və təbii fəlakət nəticəsində 48 mindən çox evə ziyan dəyib.
Açıqlamada minlərlə hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı bildirilib.
Bu arada Vyetnamın Baş naziri Pham Minh Chinh "Yagi"dən təsirlənən Hayfonq şəhərinə gedib və dəymiş ziyanı ödəmək üçün təxminən 4 milyon dollarlıq yardım paketini təsdiqləyib.
Mənbə: AA