Nigeriyada 1 milyon insan daşqınlardan zərər çəkib


Nigeriyanın şimal-şərqindəki Maidquri şəhərində bir milyon insanın şiddətli daşqınlardan zərər çəkdiyi bildirilib.



Borno əyalətinin qubernatoru Babaqana Zulum Maiduqurini vuran son 30 ilin ən pis daşqınlarından sonra hökumət tərəfindən edilən ilkin qiymətləndirməyə görə, bir milyon insanın təsirləndiyini söyləyib.

Daşqından didərgin düşənləri ziyarət edən Zulum, "Sel şəhərin üçdə birini və bir milyondan çox insana təsir etdi. Bu, çox dağıdıcı bir vəziyyətdir" deyib.

Axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zulum, 100 mindən çox insanın evlərindən didərgin düşdüyü məlumatını paylaşıb.

Zulum bildirib ki, hökumət fövqəladə hallara cavab vermək üçün tibbi qrup yaratmağı planlaşdırır və hazırda daşqından zərər çəkmiş ailələrə ərzaq və maddi yardım edir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu