Trampın oğlu: Sui-qəsd yaxın adamlar tərəfindən də törədilə bilər
ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd onun yaxın adamları tərəfindən həyata keçirilə bilərdi.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş liderinin oğlu Erik Tramp jurnalist Meqin Kelliyə müsahibəsində deyib.
Kiçik Tramp tamamilə adi bir insan kimi görünən cinayətkarın uzun lüləli silah əldə etməsini olduqca şübhəli hesab edib. Erik Tramp həmçinin cinayətkarın atası ilə birlikdə qolf klubunun ərazisinə necə girib tam qaranlıqda tənha yerdə gizlənməyi bacardığını təəccübləndiyini də gizlətməyib.
Qeyd edək ki, sentyabrın 15-də Şimali Karolina sakini, 58 yaşlı Rayan Uesli Rout Trampa sui-qəsdə cəhd edib.