Tramp ona qarşı cinayət işlərinin dərhal dayandırılmasını tələb edib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ona qarşı cinayət işlərinə xitam verilməsini tələb edib.


Bu barədə “Politico” məlumat yayıb.

Eks-prezident Amerika televiziyasında çıxışı zamanı son sui-qəsd anını ətraflı danışıb. Bundan sonra o, ABŞ Demokrat Partiyasının ölkəni birləşdirmək üçün siyasətçinin cinayət təqibini dərhal dayandırmalı olduğunu söyləyib.

"Onlar bunu gecikdirmədən etməlidirlər" - deyəi Tramp qeyd edib.

İyulun 13-də Pensilvaniyada seçkiqabağı mitinqdə çıxış edərkən Trampa qarşı sui-qəsd cəhdi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu