İtaliya Ukraynaya daha bir zenit-raket kompleksi təhvil verəcək

İtaliya tezliklə Ukraynaya daha bir SAMP/T zenit-raket kompleksi (SAM) təhvil verəcək.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.
"Biz xəstəxanaları, məktəbləri və universitetləri qorumaq üçün Ukraynaya yeni SAMP/T kompleksi göndəririk" - deyə Tajani qeyd edib.
Onun fikrincə, Ukraynaya hərbi yardım dünya müharibəsinin başlamasını yaxınlaşdırmır, əksinə sülhün başlanmasına töhfə verir: "Biz Ukraynaya kömək edirik və məqsədimiz ədalətli sülhə nail olmaqdır".