Britaniyanın baş naziri Netanyahunun ittihamlarını rədd edib


"London İsrailin özünümüdafiə hüququnu dəstəkləyir".


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Keir Starmer İsrailin baş naziri Binyamin Netanyahunun İsrailə silah ixracı üçün bir sıra lisenziyaları dayandırmaq qərarını tənqid etməsinə cavabında deyib.

“Biz bununla bağlı beynəlxalq hüquqa və daxili qanunvericiliyimizə əməl etməli idik. Mən həmişə açıq şəkildə bəyan etmişəm ki, İsrailin özünümüdafiə hüququnu dəstəkləyirəm” - deyən Keir Starmet bunun beynəlxalq hüquqa uyğun olaraq təmin edilməli olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu