Nyu-York meri rüşvət almaqda ittiham olunur


Nyu-York meri Erik Adamsa qarşı korrupsiya ittihamı irəli sürülüb.


AFN.az xəbər verir ki, bu barədə "Associated Press" məhkəmə sənədinə istinadən məlumat yayıb. Qeyd edilir ki, Adams seçki kampaniyası üçün xarici mənbələr də daxil olmaqla rüşvət və qeyri-qanuni ianələr ala bilər.

Bundan əvvəl ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) merin evində axtarışlar apardığı barədə məlumat verilmişdi.

Adamsın özü istefa vermək niyyətində olmadığını və ona qarşı irəli sürülən ittihamların əsassızlığını məhkəmədə müdafiə etməyə hazır olduğunu bildirib.

Nyu-York meri və onun komandasının üzvləri korrupsiyada mümkün iştirakı ilə bağlı federal araşdırmanın bir hissəsi kimi çağırış vərəqələrini avqistda alıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu