ABŞ-da yeni Starlink xidməti istifadəyə verilib


SpaceX korporasiyası peyklər vasitəsilə mobil rabitə qurmağa imkan verən Starlink "Direct To Cell" (DTC) xidmətini sınaqdan keçirməyə başlayıb.


AFN.az xəbər verir ki, bu haqda "PhoneArena" nəşri məlumat yayıb.

İlon Maskın şirkəti və T-Mobile operatoru ilə birgə istifadəyə verilən xidmət ABŞ-dan çoxlu sayda istifadəçi qazanıb.

SpaceX hələ ki, beta testinin başlandığını elan etməyib. Media ekspertlərinin fikrincə, DTC-nin erkən işə salınması son dərəcə məhdud sayda istifadəçilərə aiddir. Materialda deyilir ki, "Direct To Cell" çox güman ki, hələ kütləvi buraxılışa hazır deyil.

SpaceX mobil əhatə dairəsinin zəif və ya mövcud olmadığı “kor nöqtələr” problemini tamamilə həll etmək üçün öz xidmətindən istifadə etmək niyyətindədir. "Bu, gələcəyə doğru potensial olaraq böyük bir sıçrayışdır" - deyə nəşrin analitikləri qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu