"Apple" "iPhone" komponentlərinin istehsalını Hindistandan Çinə köçürə bilər


Hindistanın cənubundakı Tamil Nadu ştatında "Tata Electronics Private Limited" zavodunda baş verən yanğından sonra "Apple" iPhone komponentlərinin istehsalını Çinə ötürə bilər.


AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, "Apple" bu komponentləri istehsal edən "Tata Electronics" müəssisəsinin şiddətli yanğından sonra qeyri-müəyyən müddətə işini dayandırması səbəbindən Çində və ya başqa ölkədə "iPhone" üçün komponentlərin istehsalına konveyer xətləri yarada bilər.

Sentyabrın 28-də baş vermiş yanğın nəticəsində zavodun binasına həm içəridən, həm də çöldən ciddi ziyan dəyib. "Tata Electronics" müəssisəsi "iPhone" üçün kritik arxa panellər və bəzi digər komponentlər istehsal edir. Zavoddakı başqa bir emalatxananın ilin sonuna qədər "iPhone"ların yığılmasına başlayacağı gözlənilirdi, lakin onun yanğından nə dərəcədə zərər gördüyü bəlli deyil. Yanğının səbəbi məlum deyil. Yerli hakimiyyət orqanları araşdırma aparır.

"Tata Electronics" Hindistanın ən böyük proqram inkişaf şirkətidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu