Böyük Britaniya Belarusun "Alfa Bank"ına sanksiya tətbiq edib
Britaniya hakimiyyəti Rusiyanın "Alfa Group" investisiya konsorsiumuna daxil olan Belarusun "Alfa Bank"ına qarşı sanksiyalar tətbiq edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, "qara siyahı"nın yenilənmiş versiyası Krallığın Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Tətbiq edilən məhdudiyyətlərin əsaslandırmasında qeyd edilir ki, “AlfaBank" Belarus QSC maliyyə xidmətlərinin əsas strateji sektorunda fəaliyyət göstərməklə Belarus dövlətinə dəstək verməkdən faydalanır.
Tətbiq edilən məhdudiyyətlər aşkar olunarsa, Böyük Britaniyadakı bank aktivlərinə həbs qoyulmasını nəzərdə tutur.