Yunanıstanda keşişlər çirkli pulların yuyulmasında iştirak ediblər


Yunanıstandakı katolik kilsəsinin iki baş keşişinin Peloponnes bölgəsində fəaliyyət göstərən gecə klublarının operatorları ilə çirkli pulların yuyulması və mənimsəmə cinayətlərində əli olduğu üzə çıxıb.



Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Agentliyinin rəhbəri və Ali Apellyasiya Məhkəməsinin baş prokurorunun keçmiş müavini Haralambos Vurliotis gecə klubu sahiblərinin bank hesablarının və aktivlərinin dondurulması barədə göstəriş verib.

Qurumun araşdırmaları Yunanıstandakı Katolik Kilsəsinin prokurorluğuna göndərilib və keşişlərin mənimsəmə və gecə klubu operatorlarının çirkli pulların yuyulması cinayətlərində iştirak edə biləcəyi bildirilib.

Gecə klubu sahiblərindən birinin əvvəllər də ağır cinayətlərdə əli olduğu öyrənilib.

Yunanıstanda başladılan bu araşdırma çərçivəsində Katolik Kilsəsinə aid fondlardan təxminən 3 milyon avronun çıxarılaraq gecə klublarına köçürüldüyü müəyyən edilib.

Qeyri-qanuni əməliyyatların səkkiz il əvvəl başladığı bildirilərkən, son 50 min avroluq şübhəli əməliyyatın bir neçə gün əvvəl baş verdiyi qeyd edilib.

Digər tərəfdən, Vatikana da hadisələrlə bağlı məlumat verilib.

Mənbə: Orthodox Times



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu