İspaniyada 218 nəfərin ölümünə səbəb olan daşqın nəticəsində 89 nəfər hələ də itkindir


İspaniyada oktyabrın 29-da baş verən və Valensiya başda olmaqla ölkənin şərq və cənub bölgələrini təsir edən sel fəlakətində 89 nəfərin hələ də itkin olduğu açıqlanıb.



İspaniyanın rəsmi xəbər agentliyi EFE Data Inteqrasiya Mərkəzinə (CID) istinadən daşqından bir həftə sonra ilk dəfə itkilərin rəsmi sayını açıqlayıb.

CID-nin məlumatına görə, rəsmi qeydlərdə 89 nəfər hələ də itkin olduğunu, bu rəqəmin həlledici olmadığı və qeyd olunmayan və ya ümumiyyətlə qeydə alınmayan itkinlərin ola biləcəyi bildirilib.

Valensiyada 213, Kastiliya-La-Mançada 4 və Əndəlüsdə 1 olmaqla ən azı 218 nəfərin həyatını itirdiyi sel fəlakətinin baş verdiyi bölgələrdə şəxsiyyətin müəyyənləşdirilməsi ilə yanaşı axtarış-xilasetmə işləri də davam edir.

Digər tərəfdən, seldən zərər çəkmiş ərazilərdə talan və oğurluq halları davam edir.

İspaniya Milli Polisi və Jandarm idarəsinin verdiyi məlumata görə, indiyədək soyğunçuluq və ya oğurluq edən 186 nəfərin saxlanıldığı, onlardan 87-nin həbs edildiyi açıqlanıb.

Mənbə:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu